Cəlilabadda 20 yaşlı gənci elektrik cərəyanı vurub

11:45 - 10 Aprel 2021 - HADİSƏ

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Alar kəndində qeydə alınıb.
Məlumata görə, yüksək gərginlikli elektrik xətti qırılaraq yaxınlıqda olan kənd sakini, 2001-ci il təvəllüdlü Mirzəyev Əli Rza oğlunun üzərinə düşüb. Kənd sakini ağır dərəcəli yanıq xəsarətləri alıb.

Yaralı ağır vəziyyətdə paytaxt xəstəxanalarından birinə köçürülüb. Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti