Zidan "Real Madrid"i tərk edir?

20:03 - 9 Aprel 2021 - İDMAN

İspaniya "Real Madrid"inin baş məşqçisi Zinəddin Zidan cari mövsümün sonunda istefa verməyi düşünür.

"Report" "TeleMadrid"ə istinadən xəbər verir ki, fransalı mütəxəssis son vaxtlar mətbuatda qovulacağı ilə bağlı yayılan məlumatlardan məmnun deyil.

Onun mümkün gedişinin səbəbinin mənəvi yorğunluq olduğu bildirilib.

Daha əvvəl AS nəşri 49 yaşlı mütəxəssisin Yoahim Löv və ya Raul Qonsaleslə əvəzlənə biləcəyini yazıb.

Qeyd edək ki, Zinəddin Zidan 2019-cu ildən "Real Madrid"in sükanı arxasındadır. O, 2016 - 2018-ci illərdə də komandanın baş məşqçisi olub.

Xəbər xətti