Astarada yük maşını aşıb, sürücü ölüb

13:02 - 9 Aprel 2021 - HADİSƏ

Astara rayonunda yol qəzası olub.

Hadisə rayonun Siyəkü kəndində baş verib.

Belə ki, mişar daşı ilə dolu olan “KamAZ” markalı yük maşınının sürücüsü, rayonun Vaqo kənd sakini, 1964-cü il təvəllüdlü Sahil Səfərəli oğlu Vəliyev yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə yük maşını aşıb, sürücü S.Vəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti