Ana səhifə
14 Noyabr 2018

Fatih Terim nazir postuna gətirilir

Milli komandamız kimi son oyunlarda heç də baxımlı futbol sərgiləməyən Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim ilə bağlı maraqlı bir iddia ortaya atılıb.

 

 

Belə ki, deyilənlərə görə, Fatih Terim tezliklə Türkiyənin Gənclər və İdman naziri vəzifəsinə gətirilərək, eyni zamanda onun Adana vilayətindən millət vəkilliyi üçün namizədliyi irəli sürüləcək. Bu barədə şok açıqlamaları təcrübəli jurnalist və televiziya mütəxəssisi Aykut İşıklar verib.

 

"Ucnoqta.az xəbər verir ki, “Bugün“ qəzetinin yazarı Aykut İşıklar Fatih Terimə hələ Galatasarydan ayrılaraq , milli komandanın başına gətirildiyi zamandan nazirlik vədi verildiyini iddia edib. Bu vədi verənin isə Türkiyənin həmin vaxt Baş naziri, indi isə prezidenti olan Rəcəp Tayyip Ərdoğan olduğunu iddia edən İşıklar eyni zamanda Terimin Adana vilayətinin millət vəkilliyinə namizlədiyinin irəli sürüləcəyini hesab edir. O, son günlərdə milli komandada qələbəyə həsrət qalan Terimin  bu məğlubiyyətlərlə  xalqın gözündən düşməkdə olduğunu bildirib. Bunun da seçkilərə təsir edəcəyini söyləyən Aykut İşıklar hazırda Terimin milli komandadan istefa edərək “Ak Partiya” üzvlüyünə keçməli olduğunu bildirib. O, əks halda bu məğlubiyyətlərin Fatih Terimin gələcək siyasi fəaliyyətlərində də mənfi təsir edəcəyinə işarə edib.

 

 

Samir

Tarix
15 Oktyabr 2014 [15:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin