“Baktelecom”da kadr dəyişikliyi olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") törəmə müəssisəsi - “Azərrabitəlayihə” MMC-nin direktoru Alpay Kərimov vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, şirkətə rəhbərlik Süleyman Əhmədova həvalə olunub.

Xatırladaq ki, “Azərrabitəlayihə” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,4 min manatdır. Şirkət rabitə qurğularının layihələndirilməsi üzrə ixtisaslaşıb.

"Baktelecom"un tərkibində "Azərrabitəlayihə"dən əlavə telekommunikasiya operatoru “Azeurotel” MMC də fəaliyyət göstərir.

Tarix
7 Aprel 2021 [19:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-07 19:01:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin