FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. 
Qol.az qurumun saytına istinadən xəbər verir ki, Azərbaycan millisi hazırda 110-cu sırada qərarlaşıb. Komanda ötən ayla müqayisədə 2 pillə geriləyib. DÇ-2022-nin seçmə mərhələsində millimizin rəqibi olan Portuqaliya 5-ci, Serbiya 25-ci, İrlandiya 47-ci, Lüksemburq isə 98-ci, qrupda qeyri-rəsmi yer alan Qətər isə 58-ci yerdədir.
İlk üçlükdə müvafiq olaraq Belçika, Fransa və Braziliya qərarlaşıb. 
                       
                                             
                                                        
