Koronavirus xəstəsi ərzaq mağazasında aşkarlandı

Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayonun Həsənli kənd sakini Ravi Alışova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxs Masallı şəhəri ərazisindəki ərzaq mağalarından birindən çıxarkən aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Faktla bağlı Masallı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Tarix
7 Aprel 2021 [12:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-07 12:14:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin