"İdeal"ın keçmiş sahibi HƏBS OLUNDU

19:17 - 6 Aprel 2021 - HADİSƏ

"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbs olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə APA-ya onun vəkili Gülnar Quluzadə məlumat verib.

O bildirib ki, İlqar İsmayılov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək saxlanılıb.

İ. İsmayılov ötən gün Binəqədi Rayon Məhkməsində hakim qarşısında çıxarılıb və barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti