Qadın qohumunu öldürən kişi TUTULDU

13:09 - 6 Aprel 2021 - HADİSƏ

Aprelin 5-də saat 14 radələrində Şəmkir rayonu, İrmaşlı kənd sakini 1966-cı il təvəllüdlü Alıyeva Aybəniz Kavı qızının yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi ilə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Ucnoqta.az-a verilən məlumata görə, Aybəniz Alıyevanın qəsdən öldürülməsi müəyyən edilib. Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu Tağıyev Rəşad İsmayıl oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Aybəniz Alıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr yaranıb.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Rəşad Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Xəbər xətti