Şəkidə iki "VAZ-2107" toqquşub - xəsarət alan var

19:00 - 5 Aprel 2021 - HADİSƏ

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, Şəki rayon sakini Xəzər Nəbiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil Aləm Süleymanovun sükanı arxasında olduğu "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə Aləm Süleymanov və daha bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti