Göyçay sakini qardaşını bıçaqlayıb

10:25 - 5 Aprel 2021 - HADİSƏ

Göyçayda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun İkinci Ərəbcəbirli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1974-cü il təvəllüdlü Soltanov Natiq Mövsüm oğlu aralarında yaranmış münaqişə zəminində qardaşı, 1981-ci il təvəllüdlü Soltanov Ramin Mövsüm oğluna bel nahiyəsindən 2 bıçaq xəsarəti yetirib.

Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti