Göyçayda restoranda nişan mərasimi keçirilməsinin qarşısı alınıb - Foto

10:01 - 5 Aprel 2021 - HADİSƏ

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı şəhər ərazisində yerləşən restoranların birində karantin rejimi qaydalarının pozularaq nişan mərasiminin keçirilməsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin obyektə gəlib və rayon sakini Kəmalə Məmişovanın qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb.

Xüsusi karantin rejimi qaydalarını pozduqları üçün K.Məmişova, qonaqlar və restoran işçiləri barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

 


Xəbər xətti