Salyanda iki “KamAZ” toqquşub

09:26 - 5 Aprel 2021 - HADİSƏ

Salyan rayonunda yol qəzası olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Salyan rayonu ərazisində “KamAZ” markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti