Bakıda 5 yaşlı uşağı avtomobil vurub

23:41 - 4 Aprel 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Keşlə qəsəbəsində yolu keçən 2016-cı il təvəllüdlü Kərimov Saleh Ramal oğlu yolu keçərkən avtomobil onu vurub. Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, sol körpücük sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

S.Kərimovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti