Ana səhifə
14 Noyabr 2018

“Sovetski”dən yeni xəbər var...

Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyası Bakı Şəhər İcra Hakimiyyəti başçısının 501 saylı 12 dekabr tarixli 2013 sərəncamı ilə Bakının “Sovetski” məhəlləsində aparılan söküntü işlərinin birinci ilk iki mərhələsi üzrə ölçü və inventarlaşdırma işlərini başa çatdırıb. 

 

Ucnoqta.az” APA-ya istinadən xəbər verir ki, bu barədə açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyasının sədri Səməd İslamov bildirib. 

 

Beləliklə, ilk iki mərhələdə 3500 yaşayış və qeyri-yaşayış sahəsində ölçü və inventarlaşdırma işləri aparılıb. Mənzil və qeyri-yaşayış sahələrinin sahibi olan 2245 şəxslə razılaşma protokolu imzalanıb. İndiyə qədər 1652 mənzil və qeyri-yaşayış sahəsi sökülüb və söküntü işləri davam edir. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır.

 

Köçürmə Komissiyasının sədri deyib ki, bu günlərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 501 saylı 12 dekabr tarixli 2013 sərəncamında nəzərdə tutulan bütün söküntü ərazisinə düşən yaşayış və qeyri-yaşayış sahələrində bütün mərhələlər üzrə ölçü və inventarlaşdırma işlərinə start verilib: “Təxmini hesablamalarımıza əsasən, sərəncamda nəzərdə tutulan söküntü ərazisində 10 500-ə qədər yaşayış və qeyri-yaşayış sahəsində ölçü və inventarlaşdırma işləri aparılmalı idi. İlkin iki mərhələnin başa çatmasından sonra artıq 7000 yaşayış və qeyri-yaşayış sahəsində ölçü və inventarlaşdırma işlərinə start verilib. Ölçü və inventarlaşdırma işlərinin qısa müddətdə və keyfiyyətli aparılması üçün artıq 10 İşçi Qrup yaradılıb. Başqa sözlə, ilkin mərhələlərdə 5 İşçi Qrup fəaliyyət göstəribsə, indi bu qrupların sayı 2 dəfə artırılıb. Bu İşçi qruplarının tərkibinə müstəqil ekspertlər, ölçü işlərini aparan layihəçilər, Maliyyə Nazirliyinin nümayəndələri, o cümlədən Yasamal Rayon İcra Hakimiyyəti və mənzil-kommunal istismar sahələrinin nümayəndələri daxildir. Qrup şəklində sakinlərin öz iştirakı ilə, yəni əvvəlki qaydada ölçü və inventarlaşdırma işləri aparılır. 4-5 ay ərzində bütün mərhələlər üzrə ölçü və inventarlaşdırma işlərini başa çatdırmaq niyyətimiz var. İş rejimində də müəyyən dəyişiklik edilib. İşçi Qrupları hər gün, hətta istirahət günləri də işləməlidirlər ki, nəzərdə tutulan vaxtda tapşırılan işləri yerinə yetirə bilsinlər”. 

Qeyd edək ki, ölçü və inventarlaşdırma işlərinin aparıldığı birinci mərhələ Bakının Yasamal rayonunda N.Nərimanov heykəlindən Vergilər Nazirliyinə qədər ərazini, ikinci mərhələ “Sovetski”dən Abdulla Şaiq küçəsinə qədər ərazini əhatə edib. Bu ərazilərdə 3500 yaşayış və qeyri-yaşayış sahəsi olub.

 

Tarix
15 Oktyabr 2014 [15:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin