İtkin düşmüş Salyan sakini Bakıda tapıldı

17:57 - 4 Aprel 2021 - HADİSƏ

Bir neçə gün əvvəl itkin düşmüş Salyan sakini, 1966-cı il təvvəlüdlü Xudaverdiyev Əbülfəz Qabil oğlu tapılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Report”un “Aran” bürosuna onun bacısı Ədibə Xudaverdiyeva bildirib. Onun məlumatına görə, qardaşı Xətai Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq bu gün ailəsinə təhvil verilib.

Qeyd edək ki, Ə.Xudaverdiyev aprelin 1-də Bakıya gedərək geri qayıtmamışdı.
Ə.Xudaverdiyev fiziki qüsurlu, ikinci qrup əlildir. O, birinci Qarabağ müharibəsi şəhidi Qalib Xudaverdiyevin qardaşıdır.

Xəbər xətti