Xırdalanda 31 yaşlı kişi özünü asdı

00:28 - 4 Aprel 2021 - HADİSƏ

Abşeron rayonunun Xırdalan şəhərində intihar hadisəsi qeydə alınıb.

Xırdalan şəhər sakini, 1990-cı il təvəllüdlü Elçin Rizvan oğlu Qəmxari intihar edib.
31 yaşlı kişi hələlik məlum olmayan səbəbdən yaşadığı evdə özünü asıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. E. Qəmxarinin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Bürosunun müvafiq şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti