Samuxda PARTLAYIŞ: 21 yaşlı qız xəsarət alıb

21:29 - 3 Aprel 2021 - HADİSƏ

Samuxda evdə qaz sızması partlayışa səbəb olub.

Hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
Partlayış nəticəsində ağır yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü Vəliyev Aytəkin Nazim qızı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır odluğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Xəbər xətti