Ağcabədi sakini Xocavənddə tapdığı silahları polisə təhvil verib - Foto

13:31 - 3 Aprel 2021 - HADİSƏ

Ağcabədi rayon sakini Xocavənd rayonu ərazisdində silah-sursat aşkarlayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi rayon sakini Hüseyn Əliyev işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində olarkən 1 pulemyot, 98 pulemyot gülləsi, 2 qumbaraatan, 13 qumbaraatan mərmisi, 1 əl qumbarası, 7 ədəd müxtəlif mərmi tapıb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində həmin şəxs tapdığı silah-sursatları RPŞ-yə təhvil verib.


Xəbər xətti