Mingəçevir sakini aptekdə ölüb

12:19 - 3 Aprel 2021 - HADİSƏ

Dərman alan Mingəçevir sakini aptekdə ölüb. 

Hadisə Cəmil Əliyev keçəndə yerləşən aptekdə baş verib.
Dərman almaq niyyətilə aptekə daxil olan 1958-ci il təvəllüdlü şəhər sakini İsmayılov Ramazan Tapdıq oğlu qəfil huşunu itirərək yerə yıxılıb. Onun ürək tutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti