Biləsuvar sakini dayısını qətlə yetirib

15:10 - 2 Aprel 2021 - HADİSƏ

Biləsuvarda qətl hadisəsi olub. APA-nın verdiyi məlumata görə, hadisə şəhər ərazisində baş verib. Belə ki, Biləsuvar sakini İlqar Həsənli bacısı oğlu Röyal Qubadov tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti