“YouTube”dan yenilik -“dislike”ların sayı gizlədiləcək

19:44 - 1 Aprel 2021 - DİGƏR

“YouTube”un tərtibatçıları “like” və “dislike” düymələri üçün yeni dizaynı sınaqdan keçirirlər. Bu haqda sözügedən xidmətin rəsmi “Twitter” hesabında məlumat verilib.

 Elektron Xəbər Xidməti news.rambler.ru saytına istinadən yazır ki, məlumatda deyilir ki, tərtibatçılar “dislike”ların sayını gizlədən rejimi sınaqdan keçirirlər.

Qeyd edək ki, videolara əvvəlki kimi “dislike” qoymaq mümkün olacaq. Amma onların ümumi sayını yalnız videoların müəllifləri görə biləcəklər.///“ICTnews”

Xəbər xətti