Bakıda 25 yaşlı qız özünü binadan atıb

09:14 - 1 Aprel 2021 - HADİSƏ

Pirallahı rayonunda intihara cəhd hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, rayonun Səməd Vurğun küçəsində yaşayan 1996-ci il təvəllüdlü Zeynalova Fatimə Yusif qızı binanın 6-cı mərtəbəsində yataq otağının pəncərəsindən özünü yerə atıb.

O, təcili tibbi yardım xidmətinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəxananın həkimlərinin verdiyi məlumata görə, F.Zeynalovanın vəziyyəti ağırdır.
Faktla bağlı hüquq-mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.

Xəbər xətti