27 yaşlı oğlan "Sərçə bazarı"nda ürəyindən bıçaqlandı

19:50 - 31 Mart 2021 - HADİSƏ

Gəncə şəhərində 27 yaşlı şəxs naməlum şəraitdə bıçaqlanıb.

Hadisə "Sərçə bazarı" adlanan ərazidə qeydə alınıb. 1994-cü il təvəllüdlü Məmmədov Cavid Sabir oğlu ürəyindən aldığı bıçaq yarası ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Hələlik C.Məmmədov hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma başlanılıb.///baku.ws

Xəbər xətti