Ana səhifə
14 Noyabr 2018

Nəhəng qartal tutulub - Azərbaycanda

Cəlilabad rayonunda qartal tutulub. 
 

 

Ucnoqta.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Uzuntəpə kəndində qeydə alınıb.  Belə ki, kəndin üzərindən səmada uçan bir neçə qartal bir-biri ilə dalaşan zaman onlardan birinin qanadı qırılıb və o dəstədən ayrılaraq kənd sakini Vahid  Ağayevin həyətinə düşüb. Ev sahibi qartalı tutmaq istəyərkən, yaralı vəhşi quş ona hücum edərək əlinə xəsarət yetirib. Qonşuların birgə köməyi ilə qartalı tutaraq  bağlayıblar.

 Kənd sakinləri indiyədək bu cür qartalın yaxından uçduğunu görmədiklərini  və onun hansı növə məxsus olması barədə məlumatsız olduqlarını bildiriblər. Onların sözlərinə görə, vəhşi  quş əlaqədar təşkilatlara təhvil veriləcək.

 

Tarix
15 Oktyabr 2014 [15:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin