Ana səhifə
21 Noyabr 2018

Regionların inkişafı üçün investisiya siyasəti mühüm alətlərdən biridir

Bu məqsədlə II Dövlət Proqramı çərçivəsində regionlara 34,7 milyard  manat xərclənib

 

 

 

.Azərbaycanın uzunmüddətli iqtisadi və sosial inkişafını təmin etmək üçün investisiya siyasəti mühüm alətlərdən biridir. Bu sahədə əsas vəzifə iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsi və daha əlverişli investisiya mühitinin təmin edilməsi məqsədilə bütün investorlar üçün azad rəqabət mühitinin yaradılmasından və sahədə mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsindən ibarətdir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirildiyi dövrdə özəlləşdirməyə açılmış müəssisələrdə şəffaf və səmərəli özəlləşdirmə prosesinin həyata keçirilməsi davam etdirilib. Qeyri-neft sektorunda müəssisələrin investisiya fəaliyyətinin dəstəklənməsi istiqamətində məqsədyönlü işlər həyata keçiriləcək, müasir istehsal avadanlıqlarının idxalı təşviq edilib.

Dövlət investisiya siyasəti regionlarda yeni iş yerlərinin yaradılmasına, infrastruktur obyektlərinin etibarlı istismarının təmin edilməsinə, insan kapitalının inkişafı və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi kimi prioritetlərin həyata keçirilməsinə yönəldilib. Məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması və məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran şəraitin yaradılıb. Bu baxımdan sahibkarlığın, əsasən, kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş tədbirlər xüsusi əhəmiyyət kəsb edib. Qarşıdakı illərdə məşğulluq siyasətində əsas məqsəd əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunun təmin edilməsindən ibarət olub. Bu məqsədə sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı üçün daha münbit şəraitin yaradılması, məşğulluğun səmərəli inkişafını təmin edən investisiya fəallığının dəstəklənməsi, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, qeyri-formal əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə yönəldilmiş infrastrukturun təkmilləşdirməsi, kadr hazırlığı sisteminin, o cümlədən peşə hazırlığı və ixtisasartırma şəbəkələrinin fəaliyyətinin dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması həyata keçirilib. Ölkə iqtisadiyyatı inkişaf etdikcə, daxili əmək bazarında iştirak edən əcnəbilərin sayı artıb. Azərbaycan Respublikasının əlverişli geosiyasi mövqeyi, ölkədə aparılan iqtisadi islahatlar, sahibkarlığın inkişafı, beynəlxalq kommunikasiya layihələrinin həyata keçirilməsi və s. əmək miqrasiyası axınlarının artmasına səbəb olub. Dövlət Proqrammı çərçivəsində uğurlu miqrasiya siyasəti həyata keçirilib. Bu istiqamətdə regionlarda miqrasiya proseslərindən ölkənin inkişafı üçün səmərəli istifadə olunması, miqrasiya proqramlarının və tədbirlərinin həyata keçirilməsində dövlətin və cəmiyyətin mənafelərinin nəzərə alınması, miqrantların mövcud sosial-iqtisadi vəziyyətə adaptasiyasını sürətləndirən şəraitin yaradılması,miqrantların hüquqlarının müdafiəsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması istiqamətində mühüm işlər görülüb.  Regionlarda sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edib. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilib. Davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından sahibkarlıq sahəsində kiçik və orta sahibkarlığın (KOS) dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində KOS-un rolunun gücləndirilməsi, sahibkarlıq fəaliyyətinin sahə, regional və texnoloji baxımdan strukturunun ptimallaşdırılması,kiçik, orta və iri müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın, o cümlədən  istehsal-kooperasiya əlaqələrinin enişləndirilməsi, sahibkarlığın dəstəklənməsinin müasir təşkilati modellərinin yaradılması, o cümlədən sahibkarlar üçün məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti və sair strukturların yaradılmasının davam etdirilməsi, ticarət yarmarkalarının yaradılması,yerli iqtisadiyyatın yönümünü nəzərə almaqla rayonlarda işsizlər üçün kadrların peşə hazırlığının təkmilləşdirilməsi mərkəzlərinin yaradılması,sahibkarlıq əaliyyətinə müdaxilələrin qarşısının alınması həyata keçirilib. Azərbaycanda qeyri-neft sektorunun inkişafına yönəlmiş tədbirlərin kompleks şəkildə həyata keçirilməsi ixracyönümlü məhsulların istehsalını sürətləndirən müvafiq iqtisadi mexanizmlərin tətbiqi əsasında mümkün olub. Ölkənin ixrac potensialının inkişaf etdirilməsi, Azərbaycan malları və xidmətlərinin xarici bazarlara çıxarılması, bunun üçün əlverişli şəraitin yaradılması, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiyasını təmin etmək üçün tədbirlərin həyata keçirilməsi prioritet istiqamətlərdən olub. Ölkənin ixrac potensialının səmərəli reallaşması, daxili bazarda sağlam rəqabət mühitinin formalaşması, istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsi, standartlaşdırma və metrologiya sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə özəl sektorda ixracın stimullaşdırılması və ixrac mallarının çeşidinin artırılması, mil­li istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi, maraqlarının müdafiəsinin gücləndirilməsi istiqamətlərində müvafiq tədbirlərin həyata keçirilməsi, ticarət, iaşə və məişət sahələrində xidmət səviyyəsinin daha da yüksəldilməsi və ÜTT prinsipləri çərçivəsində daxili bazarın qorunması tədbirlərinin həyata keçirilməsi, haqsız rəqabət hallarına qarşı mübarizənin gücləndirilməsi və rəqabətin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə sahibkarların və istehlakçıların cəlb olunması,istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi istiqamətində görülən işlər regionlarda özəl sektorun inkişafına təkan verib. Sənaye sahəsində əsas məqsədlərdən biri regionlardakı mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidənqurulmasından, yeni müəssisələrin yaradılmasından ibarət olub. Burada kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin bərpasına və ixrac potensilaının artırılmasına xüsusi diqqət yetirilib. Bunun nəticəsidir ki, Prezidentin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq olunan “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” daha böyük məqsədlərin həyata keçirilməsinə imkan verib. İkinci proqramın miqyasını isə sadəcə bir statistik müqayisədə aydın görmək olar. 2004-2008-ci illərdə proqramın icrasına bütün mənbələr hesabına 16 milyard manat xərclənmişdisə, 2009-2013-cü illərdə bu rəqəm iki dəfədən çox - 34,7 milyard təşkil edib. Beləliklə, 10 ildə (2004-2013) regionların inkişafına 50 milyard manatdan çox vəsait yönəldilib. Azərbaycanın 2002-ci ildə dövlət büdcəsinin təxminən 1 milyard manat olduğunu yada salsaq, ötən müddətdə ölkənin hansı inkişaf yolunu qət etdiyini təsəvvür etmək olar. Bu, uzunmüddətli inkişaf strategiyasının, real vədlərin əməli yekunudur.

(ardı var)

Tarix
10 Fevral 2015 [13:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin