Şamaxıda 4 nəfəri ölümlə hədələyən silahlı şəxs tutulub

13:48 - 31 Mart 2021 - HADİSƏ

Şamaxıda sakinlərini tüfənglə öldürəcəyi ilə hədələyən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinə müraciət edən R.Kazımov martın 29-da Nağaraxana kəndi ərazisində bir nəfərin onu və tanışı olan 3 nəfəri öldürəcəyi ilə hədələyib tüfəngdən havaya atəş açdığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən kənd sakini S.Əsgərov saxlanılıb. Ondan “BUM” markalı ov tüfəngi götürülüb.

Xəbər xətti