Göygöldə "Shacman" və minik maşını ilə toqquşub, xəsarət alanlar var

10:09 - 31 Mart 2021 - HADİSƏ

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Hərəkətdə olan "Shacman" markalı yük maşını ilə "VAZ 210015" markalı minik maşını toqquşub.
Qəza zamanı 1964-cü il təvəllüdlü Xəlilov Adil və onun bacısı, 1970-ci il təvəllüdlü Xəlilova Durdanə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti