Speys-X-ın raketi yenə partladı - Video

20:29 - 30 Mart 2021 - HADİSƏ

Speys X şirkətinin “Starşip SN11” kosmik gəmisinin prototipi Texas ştatında sınaq zamanı növbəti dəfə partlayıb.

Partlayış raket yerə enən zaman baş verib.
“Eniş zamanı mühərriklər işə düşərkən nəsə ciddi bir şey baş verdi. Qalıqları araşdırdıqdan sonra məsələnin nə yerdə olduğunu öyrənəcəyik”, - Speys X şirkətinin rəhbəri İlon Mask Tvitterdə yazıb.

Qeyd edək ki, bu ilin fevral ayında da “Starşip” kosmik gəmisinin prototipi eniş zamanı partlamışdı.///Axar.az

Xəbər xətti