Ana səhifə
25 Sentyabr 2018

Qonşusunu öldürən şəxs: "Arvadına dedim ki, ərini..."

Bu gün Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən 1992-ci il təvəllüdlü Xaliqov Valeh Məmmədqulu oğlunun məhkəməsi başlayıb.

 

Ucnoqta.az xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrlik etdiyi prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirən 22 yaşlı V.Xaliqov  məhkəmə qarşısında ifadə verib.

 

O, ifadəsində öldürdüyü şəxslə qonşu olduqlarını və 6 ildir ki, bir yerdə işlədiyini deyib. “Onunla ortaq olaraq mal-qaramız vardı. Son zamanlar aramızda xoşagələməz hallar baş verirdi. Sözümüz çəp gəlirdi. Tələf olan heyvanlarda və yaxud hər hansı bir hadisə baş verən zaman o, məni günahkar bilirdi. Həmin gün saat 00:10 radələri olardı. Mübahisə etdik, sonra evlərinə getdim ki, bəlkə hirsi soyuya. Qonaq otağında mübahisəmiz əl-qol davasına keçdi. Evdən gədəndə özümlə bir müddət bundan qabaq Kürdəxanı bazarından aldığım bıçağı aparmışdım  Bıçağı həyətdə gizlətdim. Dediyim kimi, evdə əl-qol davasından sonra çölə çıxdıq. O, mənə ana-bacı söyüşü elədi, həzm edə bilmədim, gizlətdiyim bıçaqla ona zərbələr endirdim. Amma sayını bilmirdim. Arifin yoldaşı səsi eşidib çölə çıxdı və ona dedim ki, ərini öldürmüşəm. Hadisədi istəsək, istəməsəkdə. Gözümün qarşına o zaman heçnə gəlmirdi ”.

 

Bundan sonra qətlə yetirilən Adil Heydərovun həyat yoldaşı Lalə Heydərova ifadə verib. O, da ifadəsində əri ilə təqsirləndirilən Valehin 6 ildən artıqdır ki, ortaq işlədiyini qeyd edib. “Gecə idi, ərimlə mübahisə elədilər. Mən o biri otaqdaydım. Heyətə çıxdıqlarını eşitdim, səs-küy çoxaldı. Mən çıxanda gördüm ki, ərimi Valeh öldürüb. Qaynımı çağırmağa getdim. Gəlib gördüm ki, bıçağı Adilin ürəyinə sançıb qaçıb”.

 

Qeyd edək ki, hadisə bu il mayın 16-da Maştağa qəsəbə, Nizami Gəncəvi küçəsi döngə 5, ev 17 ünvanında baş verib. 22 yaşlı Valeh Xaliqov qonşuluqda yaşayan 39 yaşlı Heydərov Adil Heydərqulu oğlunu çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. V.Xaliqov qonşusuna 17 bıçaq zərbəsi vurub ki, bunlardan 11-i daxilə nüfuz edib.

 

Faktla ilə bağlı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahl əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.(Lent.az)

 

Tarix
15 Oktyabr 2014 [15:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin