Bakıda qadın qohumunun evindən oğurluq edib

14:12 - 29 Mart 2021 - HADİSƏ

Bakıda oğurluq hadisəsi olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xətai Rayon Polis İdarəsi (RPİ) 37-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də rayon ərazisindəki evlərin birindən 500 manat pul və 2 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, ev sahibəsinin qohumu M.Mustafayeva müəyyən edilərək saxlanılıb.

Xəbər xətti