Azərbaycanda daha bir məktəb direktoru koronavirusdan vəfat etdi

11:32 - 29 Mart 2021 - HADİSƏ

Azərbaycanda məktəb direktoru koronavirusdan vəfat edib.

Ucnoqta.az "oxu.az"a istinadən xəbər verir ki, Qazax rayon Aslanbəyli kənd orta məktəbinin direktoru 1956-cı il təvəllüdlü Dilqəm Məmmədov COVID-19-dan vəfat edib.

Hazırda Aslanbəyli kənd orta məktəbində direktor vəzifəsinə təyinat yoxdur.

Xatırladaq ki, ötən gün Gəncə şəhəri 13 nömrəli məktəbin direktoru Hüsnay Mövlayeva da koronavirusun qurbanı olub.

Xəbər xətti