Qobustanda DƏHŞƏT: Kişi arvadının başını kəsdi

19:52 - 28 Mart 2021 - HADİSƏ

Qobustan rayonu Nərimankənd kəndində dəhşətli qətl hadisəsi baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 18:00 radələrində Qobustan rayon Nərimankənd sakini, 1980-cı il təvəllüdlü Rəsulov Elnur Yarəhməd oğlu ailə münaqişəsi zamanı aralarında baş verən dava zamanı bıçaqla həyat yoldaşı, 1986-cı il təvəllüdlü Rəsulova Büllurə Ələkbər qızının başını kəsib. O, üç uşaq anası olan arvadını öldürdükdən sonra bıçaqla özünün qollarını kəsib, qarın nahiyyəsinə xəsarət yetirib. Elnur Rəsulov təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər xətti