Lənkəranda oğul anasını bıçaqlayıb

17:22 - 28 Mart 2021 - HADİSƏ

Lənkəranda 73 yaşlı qadın oğlu tərəfindən bıçaqlanıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhəri ərazisində Rövşən Bayramov küçəsi, ev 29 ünvanında qeydə alınıb. Belə ki, 1948-ci il təvəllüdlü Rəisə Əzizova oğlunun hücumuna məruz qalıb. Nəticədə bıçaq xəsarəti alan qadın təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti