Bakıda iki avtomobil toqquşub, biri yanıb - Foto

14:04 - 28 Mart 2021 - HADİSƏ

Bakıda yol qəzası baş verib.

"Report"un xəbərinə görə, hadisə bu gün günorta saatlarında paytaxtın Nobel prospektində qeydə alınıb.

Belə ki, KIA markalı avtomobil "Daewoo Nexia" markalı maşınla toqquşub. Bu zaman "Daewoo Nexia" alışaraq yanmağa başlayıb. Yanğın ərazidə olan şəxslərin köməyilə söndürülüb.

Hər iki avtomobilə ciddi ziyan dəyib, xəsarət alanlar var.


Xəbər xətti