Kürdəmirdə yol qəzası olub, sürücü xəsarət alıb

17:44 - 27 Mart 2021 - HADİSƏ

Kürdəmirdə yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

"KİA" markalı avtomaşının sürücüsünün idarəetməni itirməsi nəticəsinbdə avtomobil yoldan çıxaraq aşıb.
Hadisə zamanı sürücü xəsarət alıb.

Xəbər xətti