Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

12:14 - 27 Mart 2021 - HADİSƏ

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq hadisələri törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 28 yaşlı Kərim Məmmədov mart ayının 22 və 23-də şəhər ərazisində vətəndaşlara məxsus iki fərdi yaşayış evindən ümumilikdə 5 590 manat dəyərində müxtəlif məişət əşyalarını oğurlayıb.

K.Məmmədov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktlarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər xətti