Şəmkirdə yük maşını ilə minik avtomobili toqquşub

20:13 - 26 Mart 2021 - HADİSƏ

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub. Qəza zamanı 1985-ci il təvəllüdlü Cəfərov Ramiz xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti