Misirdə iki sərnişin qatarı toqquşub, 32 nəfər ölüb, 66-sı yaralanıb

17:01 - 26 Mart 2021 - HADİSƏ

Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində 32 nəfər ölüb, azı 66 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Məlumata görə, qəza martın 26-da ölkə paytaxtı Qahirədən cənubda Sohaq əyalətində baş verib. Hadisə yerinə 36 maşın təcili yardım briqadası cəlb edilib.

Misirin Baş prokurorluğu hadisənin araşdırılması barədə göstəriş verib. Qeyd olunub ki, hadisə ilə bağlı xüsusi komissiya yaradılıb və baş nazir Mustafa Madbuli hadisənin araşdırılmasına nəzət edir.

Hər iki qatarın maşinistləri saxlanılıb.

Xəbər xətti