Biləsuvarda traktorla yük avtomobili toqquşub

18:05 - 25 Mart 2021 - HADİSƏ

Biləsuvar rayonunda yol qəzası baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb. Belə ki, Füzuli rayonu Kürdmahmudlu kənd sakini, 1983-cü il təvəllüdlü İmankişiyev Ceyhun Vilayət oğlunun idarə etdiyi traktorla Lənkəran rayonu Şağlaküçə kənd sakini, 1971-ci il təvəllüdlü Əliyev Sücayət Ramazan oğlunun idarə etdiyi "Mercedes Ateko" markalı yük avtomobili toqquşub. Qəza nəticəsində traktorun sürücüsü xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti