Yanğın zamanı 49 nəfər həlak olub - FHN

20:00 - 24 Mart 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyi 2020-ci il ərzində Azərbaycanda baş vermiş yanğınlar dair statistikanı açıqlayıb

Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, ötən il ərzində Azərbaycanda baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 2118 olub.

Yanğınlar zamanı 49 nəfər həlak olub, 119 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 4 nəfər və ya 26%, xəsarət alanlar üzrə 113 nəfər və ya 49% azdır.

Xəbər xətti