Qazaxda iki bacı dəm qazından zəhərlənib

17:24 - 22 Mart 2021 - HADİSƏ

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Canalı kəndində baş verib.
2004-cü il təvəllüdlü Kazımova Nuray Füzuli qızı və onun bacısı, 2007-ci il təvəllüdlü Kazımova Günay Füzuli qızı  yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.

Xəstəxanaya yerləşdirilən bacıların vəziyyətlərinin kafi olduğu bildirilir.

Xəbər xətti