Tovuzda 34 yaşlı qadın zəhərlənib

22:15 - 21 Mart 2021 - HADİSƏ

Tovuz rayonunda zəhərlənmə hadisəsi olub. "Report"un Qərb mərkəzinin məlumatına görə, Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Günel Cəfərova yaşadığı evdə dəm qazından zəhərlənib. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. G.Cəfərovaya həkimlər tərəfindən tibbi yardım göstərilib. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti