Rusiyada sirk tamaşası zamanı fillər dalaşıb – VİDEO

20:34 - 21 Mart 2021 - MARAQLI

Rusiyanın Kazan şəhər sirkində fillər arasında dava düşüb.

Nəhəng heyvanlar tamaşa zamanı münasibətlərini aydınlaşdırmağa başlayıblar.

Sirkə tamaşa etməyə gələnlər maraqlı görüntüləri mobil telefon vasitəsilə qeydə alıblar.

Kadrlarda fillərdən birinin digərini yerə yıxaraq qalxmağa imkan vermədiyi görünür. Yaxınlıqda əyləşən tamaşaçılar qorxudan darhal öz yerlərini tərk ediblər.  

Heyvanların əhilləşdirici məşqçiləri onları sakitləşdirərək bir-birindən ayırıblar.

Hadisə zamanı xəsarət alan olmayıb.

Xəbər xətti