Saatlıda avtomobil piyadanı vurub

15:42 - 21 Mart 2021 - HADİSƏ

Saatlıda avtomobil piyadanı vuraraq ağır yaralayıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı şəhərində qeydə alınıb.

“Opel” markalı avtomobil yolu keçən İmişli sakini, 1986-cı il təvəllüdlü Cavadov Elçin Mehman oğlunu vurub. Piyada ağır xəstələrlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti