Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

12:06 - 20 Mart 2021 - HADİSƏ

Ötən gün ərzində törədilmiş 39 cinayətin üstü “isti izlər”lə açılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, martın 19-da daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistikaya əsasən, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 59 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında iki yol nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Xəbər xətti