Ana səhifə
24 Sentyabr 2018

“OPEK neftin qiymətinə diqtə etmək iqtidarında deyil”

ABŞ-A GÖRƏ NEFTİN ƏDALƏTLİ QİYMƏTİ 80 DOLLARDIR


London birjasında dünən Brent markalı neftin qiyməti kəskin ucuzlaşıb. İCE (London) birjasında Bakı vaxtı ilə saat 20:04-də Brentmarkalı neftin bir barrelinin qyməti 88 dollar 22 sentə qədər aşağı enib. Gün ərzində qara qızıl dəyərini 2,21 faiz itirib. Son dəfə neft bu qədər aşağı qiymətə 2012-ci ilin sonlarında satılıb. Mütəxəssislərin qənaətinə görə, neftin kəskin ucuzlaşması bazara bunkerlərdə möhtəkirlik məqsədilə saxlanılan neftirn bir hissəsinin çıxarılması ilə bağlıdır.
Maraqlıdır, əvvəllər neftin dünya bazarında qiyməti artıb-azalan kimi neft ixrac edən ölkələrin təşkilatı olan OPEK dərhal təxirə salınmaz tədbirlər görər, hasilatın artıb-azalması haqqında qərar çıxarardı. Amma nədənsə bu təşkilat son proseslərə seyrçi mövqedən yanaşır. Bu məsələyə münasibət bildirən iqtisadşı ekspert Samir Əliyevin sözlərinə görə, baş verən istər fundamental, istərsə də geosiyasi proseslər neftin ucuzlaşmasını şərtləndirən amillərdir: “Əvvəllər bir qayda olaraq OPEK bazarda əsas oyunçu idi. Onlar qiyməti diqtə edirdilər. Əsas istehlakçı ölkələr isə ABŞ və Çin idi. Dünya ölkələri üzrə neft istehlakının ¼-i ABŞ-ın payına düşürdü. Bu ölkə öz ehtiyatlarından istifadə etmək əvəzinə yanacağın bir hissəsini xaricdən almağa üstünlük verirdi. İndi o isə ABŞ gələcək nəsl üçün saxladığı neft ehtiyatlarını istismarı ilə bağlı qadağanı götürüb. Bir vaxtlar dünyanın əsas neft idxalçı ölkəsi olan ABŞ indi daxili tələbatını özü təmin edir. Növbəti ildən başlayaraq neft ixrac etməyə başlayacaq. Göründüyü kimi ABŞ neft idxalçısı olan ölkəsindən ixracatçı ölkəyə çevriləcək. İndi OPEK qiyməti diqtə etmək iqtidarında deyil. Artıq ABŞ bütün təşəbbüsü ələ alıb. Bu fundamental səbəbdir”.
Müsahibimiz deyir ki, neftin ucuzlaşması üçün digər səbəb isə Liviyada neft hasilatının artmasıdır: “Məlum səbəblərə görə bu ölkədə hasilat bir müddət əvvəl minimuma enmişdi. Eyni zamanda İraqda İŞİD məsələsinə görə yay aylarında hasilatla bağlı problem yaranmışdı. Bu da neftin qiymətinə təsir göstərirdi. Bu məsələ artıq qismən də olsa həllini tapıb. İrana qoyulan sanksiyalar tədricən zəifləyir. İran da ən böyük neft ehtiyatı olan ölkədir. Bu atılan addımlar onu göstərir ki, artıq hasilat artır, qiymət də buna görə ucuzlamalıdır. Həmçinin tələbat da bir tərəfdən azalır. Çinin iqtisadiyatında geriləmə baş verdiyi üçün neftə olan tələbat azalır. Bu səbəblər neftin qiymətini aşağı salır”.
S.Əliyev ucuzlaşmada geosiyasi səbəblərə önəm verir: “Bu, təbii ki, Rusiya ilə bağlıdır. Rusiyanı çökdürməyin əsas vasitələrindən biri də neftin qiymətidir. Diqqət yetirin, Rusiyaya sanksiyalar tətbiq edildikcə neftin qiyməti də düşür. Demək olar ki, Rusiya iqtisadiyyatı olduqca durğun bir mərhələyə qədəm qoyub. Yanacağın qiymətini aşağı salmaqla iqtisadiyyatı neftdən asılı olan Rusiyanı zəiflətmək siyasəti həyata keçirilir. Bununla da Ukrayna hadisələrilə bağlı Rusiya cəzalandırılır. Bu səbəbdən faktiki olaraq ABŞ qiymətləri diqtə edir”.
Müsahibimiz vurğuladı ki, neftin hazırki qiyməti OPEK-in əsas üzv olan ərəb ölkələrinin büdcəsinə uyğun gəlir: “Qiymət 80 dollardan aşağı düşərsə təhlükə yarana bilər. Bu səbəbdən bütün proqnozlar onu göstərir ki, neftin qiyməti qarşıdakı dövrdə 80-90 dollar ətrafında dəyişəcək. hətta bəzi proqnozlara görə, 60 dollara qədər ucuzlaşacağı gözlənilir. Bunlar proqnozdur. Onun doğrultmasını zaman göstərəcək”.
Bəzi ekspertlər qeyd edirlər ki, ABŞ-a görə neftin qiyməti 80 dollar olsa, bu ədalətli olar. S.Əliyev bildirir ki, ədalətli qiymət deyəndə müxtəlif ölkələr üçün bu rəqəm müxtəlif ola bilər: “Məsələn, bu günlərdə məlum oldu ki, Veneseulada neftin büdcə qiyməti 100 dollardan çox götürülür. Amma Küveytdə bu göstərici həddindən artıq aşağıdır. Orada neftin bir barrelinin qiyməti 30-40 dollar civarında götrülür. Çünki orada neftin maya dəyəri ucuzdur”.
Ekspert deyir ki, şistlə bağlı proqnozlar çox bədbin idi: “Bildirilirdi ki, onun maya dəyəri 70-80 dollara başa gəlir. Ona görə də şist adi neftdən baha olacaq. Zaman keçdi, hazırda şistin maya dəyəri 40-50 dollar götrülür. Texnologiyalar inkişaf etdikcə, maya dəyəri də ucuzlaşır. Neftin maya dəyərindən danışırıqsa, məncə ədalətli qiymət 80-90 dollardır”.
İqtisadçı vurğulayır ki, Azərbaycan kimi büdcədə neftin baza qiymətini 100 dollar götrülən ölkələrin büdcəsi artıq həmin qiymətə uyğunlaşıb: “Gələn il üçün neftin bir barrelinin iqiyməti büdcədə 90 dollar götürüləcək. Belə açıqlamalar verilir. Bu qiymət də risklidir. Neft ucuzlaşsa büdcənin icrası ilə bağlı problemlər yarana bilər. Nə qədər ki neftin baza qiyməti təsdiq olunmayıb, bu haqda fikirləşmək olar. Yəni, baza qiymətinin i80 dollar götürülməsi daha məqsədəuyğudur. Əgər qiymət bundan yüksək olarsa, bunun mexanizmi var: ilin ortasında büdcə xərclərini artırmaq olar”.

Tarix
15 Oktyabr 2014 [14:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin