Oğuzda avtomobil piyadanı vuraraq öldürüb

15:52 - 19 Mart 2021 - HADİSƏ

Oğuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı, 99 DS 224 dövlət nömrəli minik avtomobili rayonun Kərimli kənd sakini, 1965-ci il təvəllüdlü Çingiz Abdurahman oğlu Tahirovu vurub.

57 yaşlı Ç. Tahirov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti