Şirvanda yol qəzası olub - Foto

14:44 - 19 Mart 2021 - HADİSƏ

Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

“Ford” markalı yük avtomobili əks istiqamətə dönmək istəyən zaman “Mercedes” markalı avtomobil arxa hissəsinə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da “Mercedes” markalı avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

 


Xəbər xətti