Biləsuvarda İran vətəndaşı narkotiklə saxlanılıb

09:59 - 19 Mart 2021 - HADİSƏ

Biləsuvar Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində saxlanılan İran vətəndaşından 8 kiloqramdan artıq müxtəlif növ güclü təsiredən narkotik vasitələr, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb. 

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, İran İslam Respublikasının vətəndaşı Əmirhüseyn Rüstəminin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib və dövlət sərhədini qanunsuz olaraq keçməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxs Biləsuvar rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Əlindəki çantaya keçirilən baxış zamanı ayrı-ayrı plastik qablarda ümumi çəkisi 5 kiloqram 680 qram narkotik vasitə heroin, 2 kiloqram 785 qram psixotrop maddə metamfetamin, 145 qram

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti